Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Araz-Naxçıvan" üst pillələrdədirsə, başımızdan yuxarı tullanmışıq" – Azər Bağırov
    5.11.2023 11:09:38

    "Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının Xll turunda səfərdə "Sumqayıt"a 0:2 hesabı ilə məğlub olub.

    Prosport.Az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    - Çətin oyun oldu. Hirsli başla nələrisə demək düzgün olmaz. İkinci hissədə daha yaxşı oynadıq. Məğlubiyyətdən nəticə çıxarırıqsa, bu, qələbədir.

    - Nəticənin bu cür olmasının əsas səbəbi nədir?

    - Yerli futbolçular baxımından rotasiya etmək üçün geniş heyətimiz yoxdur. Legionerlərlə bağlı problem yoxdur. Bu gün Bayraməlini meydana buraxdıq. Özünü göstərməyə çalışdı. Kimisə qazandırmaq, yoxdan var etmək istəyirik. Maksimum edə biləcəyimiz budur. Əsas sıxıntımız yerli oyunçuların kasadlığıdır.

    - Ötən turda "Qarabağ" üzərində qazanılan qələbə arxayınlıq yaratmamışdı?

    - İnanmıram belə bir şey olsun. Vacib olan odur ki, nə etdiyimizi bilirik. Uduzduğumuz zonaları bilirik. Bunun üzərində çalışmaq lazımdır.

    - Orxan Əliyevi start heyətində görəcəyik?

    - Son iki oyunda Orxan heyətdə idi. Bu gün onun səhhətində problem var idi. Zəhərlənmişdi.

    - Avrokuboklar hədəfiniz var?

    - Bu haqda düşünmürük. Bizim işimiz komandanı oyundan oyuna hazırlamaqdır. Qış fasiləsinə kimi maksimum xallar yığmağa çalışacağıq. Bu gün "Araz-Naxçıvan" üst pillələrdədirsə, başımızdan yuxarı tullanmışıq.

    - Mövsüm başlayanda əsas hədəf liqada qalmaq idi?

    - Yox. Hədəfimiz sırf çempionatda qalmaq deyildi. Realist olmaq lazımdır. Şəraitimiz çoxlarından aşağıdır.

    - Qış fasiləsində transfer etmək istədiyiniz yerli oyunçular var?

    - Var. Amma klubları onları bizə verəcək-vermeyəcək, bu sual altındadır. Transfer pəncərəsi zamanı dəvət göndərəcəyik. Müqaviləsi ölən oyunçu ilə danışmaq etik deyil, bizə yaraşmır.

    - Kinorejissor Tahir Tahirov sizi ölkənin bir nömrəli baş məşqçisi hesab edir. Buna münasibətiniz necədir?

    - Tahir müəllim "Qarabağ"la oyundan sonra bir az emosiyalara qapıldı. Bizim sevdiyimiz şəxsdir. Heç kim deyə bilməz ki, Azərbaycanda Qurban Qurbanovdan böyük məşqçi var. Tahir müəllim naxçıvanlıdır, Naxçıvan futbolunu sevir. 

    Futbol

    Azərbaycanı Kocaelidə onlar təmsil edəcək - ADLAR

    30.07.2026 22:41:49
    Futbol

    "Döyüşdük və qalib gəldik" - "Payde"nin baş məşqçisi

    30.07.2026 22:22:39
    Futbol

    "Zirə" avrokuboklarla vidalaşdı

    30.07.2026 21:53:43
    Futbol

    "Sumqayıt" "Şamaxı"nı məğlub etdi

    30.07.2026 21:29:42
    Futbol

    MOİK - "Qarabağ": HEYƏTLƏR

    30.07.2026 21:07:49
    Futbol

    "Dinamo" - "Neftçi": HEYƏTLƏR

    30.07.2026 20:24:23
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanı Kocaelidə onlar təmsil edəcək - ADLAR

    30.07.2026 22:41:49

    "Döyüşdük və qalib gəldik" - "Payde"nin baş məşqçisi

    30.07.2026 22:22:39

    Dünya çempionatı: Sərbəst güləşçilərimizin rəqibləri bilindi

    30.07.2026 22:18:33

    "Zirə" avrokuboklarla vidalaşdı

    30.07.2026 21:53:43

    "Sumqayıt" "Şamaxı"nı məğlub etdi

    30.07.2026 21:29:42

    MOİK - "Qarabağ": HEYƏTLƏR

    30.07.2026 21:07:49

    "Dinamo" - "Neftçi": HEYƏTLƏR

    30.07.2026 20:24:23

    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək

    30.07.2026 20:17:27

    "Roma"dan yeni transfer

    30.07.2026 19:46:45

    UEFA FIFA-nın özəlləşdirmə planına qarşı çıxdı: “Dünya çempionatı satılmır”

    30.07.2026 19:12:41

    "Zirə" - "Payde": HEYƏTLƏR

    30.07.2026 18:50:07

    Dünya çempionatı: Qız güləşçimiz üçün "bürünc" şansı

    30.07.2026 18:16:32

    Azərbaycanda vitse-prezidentin atası danışılmış oyunlara görə cəzalandırıldı – FOTO

    30.07.2026 17:43:37

    I Liqa klubu "Şəfa"dan 4 futbolçu transfer etdi

    30.07.2026 17:40:00

    Emin Ağalarovdan "Neftçi"yə dəstək - VİDEO

    30.07.2026 17:17:20
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved