Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.
Prosport.Az xəbər verir ki, günün "Sumqayıt" "Araz-Naxçıvan"ı qəbul edib.
"Kapital Bank Arena"da gerçəkləşən qarşılaşma "gənclik şəhəri" təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları 15-ci dəqiqədə Rövlan Muradov, 69-cu dəqiqədə Roi Kehat vurub.
Bu nəticədən sonra xallarının sayını 18-ə çatdıran "Sumqayıt" 5-ci pilləyə yüksəlib. Naxçıvan təmsilçisi 20 xalla dördüncüdür.
Qeyd edək ki, dünən "Qarabağ" "Kəpəz"i 7:1 hesabı ilə məğlub edib. "Qəbələ" - "Neftçi" və "Sabah" - "Zirə" oyunları bu gün gerçəkləşəcək.
Srağagün "Səbail" evdə "Turan Tovuz"u 2:1 hesabı ilə üstələyib.

