“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasının II mərhələsinin ilk oyunu çərçivəsində Yunanıstan “Olimpiakos”una qarşı keçirəcəyi qarşılaşmanın hakimləri açıqlanıb.
Prosport.Az xəbər verir ki, noyabrın 8-də saat 16:00-da Qəbələ şəhər stadionunda təşkil ediləcək oyunda ədaləti Gürcüstandan olan hakimlər briqadası qoruyacaq.
Baş hakim Qoqa Kikaçeşviliyə laysmanlar qismində David Axvlediani və Davit Qabisonia kömək edəcək. 4-cü hakim funksiyasını isə azərbaycanlı Tural Qurbanov yerinə yetirəcək.

