Azərbaycan millisinin üzvü Bəxtiyar Həsənalızadənin formasını geyindiyi "Tuzlaspor" Türkiyə Kubokunda lll mərhələnin görüşünə çıxıb. Prosport.Az xəbər verir ki, Bəxtiyarın komandası aşağı liqada mübarizə aparan "Çankaya" ilə üz-üzə gəlib. Qarşılaşma "Tuzlaspor"un 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Beləliklə, futbolçumuzun komandası kubokdakı iştirakını dayandırıb. Qeyd edək ki, Bəxtiyar Həsənalızadənin adı iştirak ərizəsinə daxil edilsə də, sona qədər ehtiyatda oturub.
Azərbaycanlı futbolçunun komandası Türkiyə Kubokunda iştirakını dayandırdı

