Bolqarıstan çempionatında Vll turdan təxirə salınmış oyunlar keçirilib.
Prosport.Az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası “Arda” evdə Sofiya təmsilçisi “Levski” ilə qarşılaşıb. Oyun qolsuz bitib – 0:0.
Cəlal Hüseynov da bu matçın iştirakçısı olub. O, 69-cu dəqiqədə meydana buraxılıb.
Qeyd edək ki, "Arda” hazırda 25 xalla 6-cı pillədə qərarlaşıb.

