Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" klubunun heyətində növbəti qolunu vurub.
Prosport.Az xəbər verir ki, 26 yaşlı hücumçu "Oriolik"ə qarşı ölkə kubokunun 1/8 final oyununda fərqlənib.
62-ci dəqiqədə meydana çıxan Mahir Emreli Zaqreb 77-ci dəqiqədə komandasının 7-ci qolunun müəllifi olub.
Qeyd edək ki, "Dinamo" rəqibini 8:0 hesabı ilə məğlub edib.

