Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, sözügedən komanda Xl tur çərçivəsində evdə “Kukesi” ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan 2:1 hesablı qələbə ilə ayrılıb.
İsgəndərli oyuna start heyətdə başlayıb və 58-ci dəqiqədə əvəzlənib.
“Eqnatiya” hazırda 23 xalla l pillədə qərarlaşıb.

