Türkiyə kubokunda lll mərhələnin oyunları keçirilir.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Renat Dadaşovun komandası – “Hatayspor” da bu gün kubok matçına çıxıb.
Aşağı liqa təmsilçisi “Sarıyer”lə qarşılaşan Hatay təmsilçisi 2:0 hesablı qələbə sayəsində mərhələ adlayıb.
Renat Dadaşovun adı bu görüşün iştirak ərizəsinə daxil edilməyib.

