Bu gün Premyer Liqada XXXIV turun daha bir görüşü keçirilib.
Prosport.az xəbər verir ki, "Neftçi" Premyer Liqada qalmaq uğrunda mübarizə aparan "Şamaxı"nı qəbul edib. "Ağ-qaralar" autsayder rəqibinə qalib gələ bilməyib. "Şamaxı" komandası bu adla ilk dəfə "Neftçi"yə qol vurub və ilk dəfə rəqibindən xal almağı bacarıb.
"Neftçi" – "Şamaxı" 1:1
Qollar: Emin Mahmudov 12 (p) – Amil Yunanov 56 (p)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Cəmil Quliyev, Rauf Cabarov
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
"Bakcell Arena"

