Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Öz bacarığımı göstərməyə bilməzdim" – Azər Bağırov
    30.10.2023 22:33:29

    "Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının Xl turunda öz meydanında "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Muxtar Respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb:

    – "Qarabağ" böyük komandadır. Onlara qarşı oynamaq zövq verir. İlk oyunda da, bu gün də "Qarabağ" bizdən qat-qat üstün idi. Amma şans biz tərəfdə idi. Lazımi vaxtda qolları vura bildik və üstünlüyü ələ aldıq. Rəqibin Avropa Liqası oyunundakı yorğunluğu da bizim üçün müsbət hal oldu. "Qarabağ" çox qaça bilmədi.

    – Bu nəticələrdən sonra avrokuboklar haqda düşünmək olar?
    – Komandanı oyundan oyuna kökləyirik. Heyətimiz o qədər də geniş deyil. Bu gün avrokuboklar çox çətindir. Çalışırıq ki, hər oyunda nələrisə yaxşı edək. Cücəni payızda sayarlar. Biz işimizi görəcəyik. Bacardıqca yuxarı pillələrdə olmaq istəyirik.

    – "Araz-Naxçıvan"da komanda və klub birdən formalaşdı. Bu sizi qorxutmur?
    – Oyundan sonra uşaqlara dedim ki, işimiz daha da çətinləşir. Bu gün böyük şeylər haqda danışmağa dəyməz. Gündəlik işimizi görməliyik. Düzgün iş gördükcə nəticə də gələcək.

    – Bir neçə il əvvəl "Araz-Naxçıvan" bu stadionda"Qarabağ"a məğlub olandan sonra çempionatda iştirakını dayandırmışdı. Bu gün eyni məkanda onları məğlub etdiniz...
    – Böyük bir şey etməmişik. Şans biz tərəfdə idi. Səbirli müdafiə olunduq. Rəqib qol vursaydı, tam fərqli şey ola bilərdi.

    – Komanda bu mövsümdə Naxçıvanda oyun keçirən biləcək?
    – Bu barədə məlumatım yoxdur. Rəhbərliyə aid olan məsələdir. Ümid edirəm ki, tez bir zamanda məlumat olar.

    – Müdafiəçiləri danlamadınız?
    – Uduzanda da futbolçuları danlamaq mənasında heç vaxt söz demirəm. Futbol səhvlərlə gözəldir.

    – Orxan Əliyev Region Liqasından sizinlə birlikdə bura kimi gəldi. Bu necə baş verdi?
    – Hər insanın içində bir "mən" var. Ona motivasiya vermək lazımdır. Orxan bizi dinləyir, meydanda mübarizə aparır, səhvlərini boynuna alır. Vadim Abdullayev də həmçinin.

    – Region Liqasından gəlib Premyer Liqada uğurlu çıxış edirsiniz. Bunu necə bacardınız?
    – Bilmirəm bundan sonra necə olacaq. 2010-cu ildə "Neftçi"də seleksiyaçı məşqçi kimi çalışmışam. 2015-ci ildə PRO lisenziyası almışam. Qismətdən elə olub ki, Premyer Liqaya dəvət almamışam. Bəlkə də çoxlarından çox çalışmışam. Komandalarım I Liqada çempion olub. U-11 Liqasında belə işləmişəm. Qismət bu günə imiş. Öz bacarığımı göstərməyə bilməzdim.

    – "Qarabağ" tərəfi 2-ci qoldan öncə qayda pozuntusu olduğunu iddia edir. Siz necə düşünürsünüz?
    – Heç vaxt hakimlərin işinə qarışmıram. Həmişə feyr-pleyi sevirəm.

    Futbol

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21
    Futbol

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58
    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved