"Qarabağ"ın futbolçusu Qara Qarayev Azərbaycan Premyer Liqasında çempion olmaları ilə bağlı fikirlərini bölüşüb.
Prosport.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında bunları yazıb:
"Bu çempionat çox önəmli və dəyərlidir. Çünki titulu qorumaq daha çətin idi. "Qarabağ" ailəsini təbrik edirəm".
"Qarabağ" Premyer Liqada 10-cu dəfə çempion olmaqla Azərbaycan futbolunda ilkə imza atıb.
"Titulu qorumaq daha çətin idi" - Qara Qarayev

