"Qalatasaray" "Qarabağ"ı Azərbaycan çempionu olması münasibəti ilə təbrik edib.
Prosport.az xəbər verir ki, bu haqda klubun tvitter hesabında paylaşım edilib: "Azərbaycan Premyer Liqasında çempionluq qazanan qardaş klubumuz "Qarabağ"ı təbrik edirik".
Ötən gün "Qarabağ" Misli Premyer Liqasının 34-cü turunda "Səbail"ə qalib gəlməklə (3:0) sona 2 tur qalmış çempionluğu rəsmiləşdirib. Bu, Ağdam təmsilçisinin tarixində 10-cu çempionluqdur. Klub bu nəticə ilə Azərbaycan rekordu qırıb.

