Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Çempionluq oldu, indi Çempionlar Liqasına hazırlaşmalıyıq" – Qurban Qurbanov
    13.05.2023 23:46:28

    "Qarabağ" Azərbaycan Premyer Liqasının XXXIV turunda səfərdə "Səbail"i məğlub edərək çempionluğunu rəsmiləşdirib.

    Prosport.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

    – Futbolçularımı təbrik edirəm. Bu il çox əziyyət çəkdilər. Həm avrokuboklarda, həm çempionatda oynadıq. Sıx qrafik var idi. Amma şükürlər olsun ki, hər şey düşündüyümüz kimi alındı. Bəzən zədəlilər, gedənlər oldu. Buna baxmayaraq tempi qoruyub-saxlaya bildik. Futbolçularım bu çempionluğa layiq idi. Azarkeşlərimizin sevinci, bizimlə olması qüvvət verir. Onlara təşəkkür edirəm. Hələ qarşıda 2 oyunumuz var.

    – Bu çempionluğun əvvəlkilərdən hansı fərqləri var?
    – Hər çempionluq sanki daha vacib olur. Çünki tələblər çoxalır. Hər dəfə çempion olduqda yenə səndən çempionluq gözləyirlər, rəqiblər daha ciddi hazırlaşırlar. Bu il bunun şahidi olduq. Nə qədər çətin oyunlarımız var idi. "Səbail" də bu gün çox yaxşı hazırlaşmışdı. Futbolçular elə səviyyəyə gəlib çıxır ki, heç bir rəqib digərindən çəkinmir. Sonuncu çempionluq daha vacib və şirin olur. Görünən odur ki, daha çox əziyyət çəkməliyik. Hansısa titulu əldə etdikdə sanki rahat nəfəs almağı düşünürük. Amma belə deyil. Əksinə, bizim rahat olmağa, futbol haqda düşünməməyə vaxtımız yoxdur. Azarkeşlər, sizlər, rəhbərlik tələblər edir. Çempionluq bitdi, qarşıdakı turnirə hazırlaşmalıyıq. İlboyu işin içindəyik. Hər çempionluq daha vacib və dəyərli olur.

    – Azərbaycanda 10-cu çempionluğa imza atmaqla daha bir ilk etdiniz...
    – Bəli, 10-cu çempionluqdur. Hər bir çempionluq istənilən klubu daha da böyüdür. 10-cu çempionluq və 2 böyük ulduz klubun tarixinə düşür. Çox sevinirəm ki, bu mənim dönəmimdə oldu. Buna uğurumuzun bir hissəsi kimi baxırıq.

    – Növbəti 2 turda daha az şans qazananlar oynayacaq?
    – Çox ciddi hazırlaşacağıq. Rotasiyalar olacaq, bu, qaçılmazdır. Mövsümboyu çox yorulan futbolçularımız var. Ola bilər ki, onlara başqa proqram tutaq. Bunu məşqçilərlə müzakirə edəcəyik. Əvəzedici heyətdən futbolçu götürməyə gəldikdə, belə fikrimiz yoxdur. Çünki bizdə az oynayanlar yetərincə çoxdur. Onlara şans verməyi düşünəcəyik. Futbolçularımın hər birinə güvənirəm. Abdullah Zubir, Bədəvi Hüseynov zədələnmişdi, bu gün yox idilər. Digər yorulan futbolçularımız da var. Ümumiyyətlə, düzgün plan cızacağıq.

    – 10 çempionluğun 9-u sizinlə bağlıdır. Deyəsən, Aleks Ferqyussondan geri qalırsınız. Onun uğurunu təkrarlamaq istəyərsiniz?
    – Sırf onun uğurunu deməzdim. Daha çox çempionluq qazanmaq istəyərdim. İmkan varsa, daha çox çempion olmaq istəyərdik. Nə qədər buradayıq, futboldayıq, hər turnirdə maksimumu verməyə çalışacağıq. Çox istəyərdik ki, daha irəli gedək.

    – Sevimli və uğurlu rəqəminiz 13-dür. Bu gün də 13 nömrəli futbolçu qol vurdu....
    – Həm də ayın 13-üdür (gülür). Rəqəmlərdə, belə şeylərdə uğur axtarmıram. Sadəcə istər-istəməz insanın marağını cəlb edir. Xırda elementə maraq daha çox olur. Ayın 13-də doğulmuşam, bəlkə də ona görə bu rəqəmə meyilliyəm. Amma bu hər şey demək deyil. Ayın 13-ü olmayanda, 13 nömrəli futbolçu qol vurmayanda da çempionluq əldə etmişik. Nömrəyə görə yox, Bəhlula görə sevinirəm. Hər oyunda qol epizodları yaradırdı. Ola bilər ki, daha çox inamı çoxalar.

    – Diakabi və Benzya avrokuboklar başlayana qədər tam hazır vəziyyətə gələcək?
    – Bizim düşüncələrimizlə bu gün hər ikisi optimal formada olmalıydılar. Əfsuslar olsun ki, düşüncələrimiz düzgün olmadı. Sadəcə, futbolda bəzən düşünmədiyin nəticələr, transferlər olur. Kimə daha çox güvənirsən, bəzən daha çox zədələnir. Abbas Hüseynov komandada fiziki cəhətlərinə görə üstünlərdəndir. Amma qış hazırlığında bəsit epizodda zədələndi. Buna görə sizə cavab verməyə ehtiyat edəcəyəm. Get-gedə zədələri geridə qoyacaqlar. Benzyada hansısa problem olacağını düşünmürəm. Normal durumdaydı, əzələ problemi oldu. Diakabidə zədə sümük nahiyyəsindədir deyə, uzun çəkə bilər. Hər bir halda, hazırlıq dönəmində komanda ilə məşqlərə başlayacaqlar.

    – Sona 2 tur qalıb. Siyahıda kimlərin gedəcəyi və gələcəyi bəllidir?
    – Gedəcəklər haqda tam düşünməmişəm. Həmişə futbolçularımı qoruyub-saxlamaq istəmişəm. Qarşılıqlı razılıq əldə olunmayanda, ayrılırıq. Yeni oyunçularla danışıqlar gedir. Bəzən 100 faiz alınası futbolçu alınmır. Danışıq aparırıq. İndidən sonra daha ciddi danışacağıq. Çox istəyərdim ki, kollektiv tam qalsın və bir neçə nəfər də əlavə edilsin.

    – Şenol Günəş "Qarabağ"ın uğurlarından danışdı və sizinlə ünsiyyətdə olduğunu dedi. Sizi Türkiyədə yetərincə tanıyırlar. Xaricə getməyi düşünürsünüz?
    – Əfsuslar olsun ki, "Sabah" –  "Beşiktaş" oyununda iştirak edə bilmədim. Halbuki çox istəyərdim. İlk 15-17 dəqiqəyə baxdım. Çox maraqlı oyun gedirdi, gözəl atmosfer var idi. Şenol Günəşlə görüşməyi çox istəyərdim. Münasibətlərimiz çox yaxşıdır. "Səbail"lə oyunumuz bizim üçün çox vacib idi. Bugünkü performansa və belə oyun göstərdiyinə görə "Sabah"ın rəhbərliyinə təşəkkür edirəm. Belə oyunlar futbolun sevilməsinə gətirib çıxarır. Xaricə getməyə gəldikdə, hazırda buradayam. Həyatın işini bilmək olmaz. Bu komandaya çox sadiqəm. Çox istəyirəm ki, "Qarbaağ"ın uğurları daha bol olsun. Hazırda belə düşüncəm yoxdur. Gələcəkdə olsa, xəbəriniz olacaq.

    – Bu mövsüm bir klubun Premyer Liqanı tərk etməsi gözlənilir. Sizcə, kimsə tərk etməlidir, yoxsa komanda sayı artırılmalıdır?
    – Bu suala cavab vermək bəsitdir. Özümdən heç nə deməyəcəyəm. Reqlamentə görə, biri getməli, digəri gəlməlidir. Hansısa fikir bildirməyə ehtiyac yoxdur. Dəfələrlə demişəm, bunlar oturduğumuz yerdə fikir bildirəcəyimiz məsələlər deyil, müzakirə olunası suallardır. Fikir bildirməyimə ehtiyac yoxdur. Nəsə desəm, həyata keçiriləcək, keçirilməyəcək. Əgər reqlamentə uyğun addım atılacaqsa, cavab bəllidir.

    Futbol

    FIFA prezidenti vəzifəsindən kənarlaşdırılır?

    31.07.2026 23:45:06
    Futbol

    "Hansı sahədə axsadığımızı bilirik" - Cavid Hüseynov

    31.07.2026 23:19:02
    Futbol

    "Şamaxı"da mərakeşli futbolçu

    31.07.2026 22:40:36
    Futbol

    "Sabah" futbolçusunu Ukrayna klubuna icarəyə verdi

    31.07.2026 22:13:22
    Futbol

    "Şəfa" "Araz-Naxçıvan"ı 2 cavabsız qolla üstələdi

    31.07.2026 21:38:19
    Futbol

    "Qəbələ" - "İmişli" oyununda 4 qol

    31.07.2026 21:16:37
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    FIFA prezidenti vəzifəsindən kənarlaşdırılır?

    31.07.2026 23:45:06

    "Hansı sahədə axsadığımızı bilirik" - Cavid Hüseynov

    31.07.2026 23:19:02

    "Şamaxı"da mərakeşli futbolçu

    31.07.2026 22:40:36

    "Sabah" futbolçusunu Ukrayna klubuna icarəyə verdi

    31.07.2026 22:13:22

    "Şəfa" "Araz-Naxçıvan"ı 2 cavabsız qolla üstələdi

    31.07.2026 21:38:19

    "Qəbələ" - "İmişli" oyununda 4 qol

    31.07.2026 21:16:37

    Neymarın büstü və heykəli "Santos" muzeyində nümayiş etdirilir

    31.07.2026 20:10:39

    "Turan Tovuz" hazırlıq oyununda qələbə qazandı

    31.07.2026 19:37:04

    Sərbəst güləşçilərimizdən dünya çempionatına uğursuz start

    31.07.2026 18:56:55

    "Sonuncu dəfə dünya çempionatının finalında bu qədər gərginlik hiss etmişdim" - Stoiçkov "Qarabağ"dan danışdı

    31.07.2026 18:43:48

    Qadın güləşçilərimiz medalsız qaldı - YENİLƏNİB

    31.07.2026 18:15:06

    Millimiz pley-offda Monteneqroya uduzdu

    31.07.2026 17:44:14

    "Qalatasaray" və "Fənərbağça"nın sabiq üzvü Azərbaycanı seçdi

    31.07.2026 17:13:48

    Mahir Emrelinin komandasının oyununda erməni hakimlər

    31.07.2026 16:45:12

    Ərəblər "Kəpəz"lə oynamaq istəmədi

    31.07.2026 16:09:51
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved