"Neftçi"nin kapitanı Emin Mahmudov mövsümün sonunda komandadan ayrılacaq.
Prosport.Az-ın əldə etdiyi məlumata əsasən, 31 yaşlı yarımmüdafiəçi başa çatan müqaviləsinin müddətini uzatmayacaq. O, klubun yeni müqavilə şərtləri ilə razılaşmadığı üçün bu qərarı verib.
Qeyd edək ki, Emin Mahmudov bu mövsüm keçirdiyi 41 oyunda 18 qol vurub, 9 məhsuldar ötürmə verib.

