Azərbaycan Premyer Liqasında 34-cü turun oyunları davam edir.
Prosport.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutacaq. Günün ilk oyunu Qəbələdə keçiriləcək. Burada rayonun eyniadlı komandası "Turan Tovuz"u qəbul edəcək. Görüş saat 18:00-da başlayacaq.
Günün ikinci matçında isə "Qarabağ" "Səbail"in qonağı olacaq. Bu qarşılaşma saat 20:00-da start götürəcək. Ağdam təmsilçisi qələbə qazanacağı təqdirdə çempionluğu rəsmiləşdirəcək.

