"Qarabağ" FK və "Qalatasaray" klubunun rəhbərliyi arasında İstanbulda görüş keçirilib.
Prosport.az xəbər verir ki, NEF stadionunda baş tutmuş görüşdə klubun direktoru Əmrah Çəlikəl, baş meneceri Asif Əsgərov, Marketinq və PR departamentinin rəhbəri Yusif Cəfərov, Beynəlxalq Münasibətlər üzrə menecer Vüsal Həsənov, "Qalatasaray"ın prezidenti Dursun Özbək, İdarə Heyətinin üzvü Emin İmanov və klubun digər məsul əməkdaşları iştirak ediblər.
Görüş zamanı klub nümayəndələri “Qalatasaray”ın bazası və akademiyası ilə tanış olub, fikir mübadiləsi aparıblar. Görüşdə klubların birgə əməkdaşlığı ilə bağlı gələcək planlar da müzakirə olunub.

