"Zirə" Azərbaycan Premyer Liqasının XXXIV turunda doğma meydanda "Kəpəz"lə 1:1 hesablı heç-heçə edib.
Prosport.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:
"Bu mövsüm avrokuboklara getməməyi gözə almışıq. Önsuz da durumumuz yaxşı deyildi. Yenə də sona qədər mübarizə aparmağa çalışırıq. Şansımızı qorumaq üçün "Turan Tovuz" və "Kəpəz"lə matçlarda mütləq şəkildə qələbə qazanmalıydıq. Bu gün 3 xal götürüb "Qəbələ"ni basqı altına salmaq olardı. Amma bu görüşdə qalib gələ bilmirsənsə, deməli, rəqibə üstünlük verirsən. Təqvim də bizim üçün uyğun, əlverişli deyil. Növbəti tur "Sabah"la oynamalıyıq".

