“Sabah”la xeyriyyə oyununda üz-üzə gələcək “Beşiktaş” Bakıya yollanıb.
Prosport.Az xəbər verir ki, “qara qartallar” yerli vaxtla saat 15:00-da xüsusi çarter reysi ilə Azərbaycana yola düşüb.
“Sabah”la “Beşiktaş” arasındakı yoldaşlıq matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda saat 18:00-da keçiriləcək. Qarşılaşmadan əldə ediləcək bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.

