“Sabah”la xeyriyyə oyunu keçirəcək Türkiyənin “Beşiktaş” komandası bu gün Bakıya gələcək.
Prosport.az xəbər verir ki, İstanbul təmsilçisi saat 15:00-da Sabiha Gökçen Hava Limanından Bakıya yola düşəcək.
Xatırladaq ki, mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Sabah” – “Beşiktaş” matçı saat 18:00-da başlayacaq. Qarşılaşmadan əldə ediləcək bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.

