İngiltərə Premyer Liqasında VII turdan təxirə salınmış 2 matç keçirilib.
Prosport.az xəbər verir ki, təxminən 1 ay əvvəl (4 fevral) "Everton"a Liverpulda 0:1 uduzmuş "Arsenal" bu dəfə bu rəqibini Londonda qəbul edib. Görüş Mikel Artetanın yetirmələrinin 4:0 darmadağını ilə nəticələnib.
"Liverpul" isə "Vulverhempton"u 2:0 məğlub edib.

