Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Karate
    WKF Rafael Ağayevi "Şərqin Panterası" adlandırdı
    29.09.2023 13:11:16

    24-29 oktyabr tarixlərində Macarıstanın paytaxtı Budapeştdə karate üzrə 26-cı dünya çempionatı keçiriləcək.

    Prosport.Az xəbər verir ki, Ümumdünya Karate Federasiyası (WKF) əvvəlki son 6 dünya çempionatına nəzər salıb.

    Bunların arasında Azərbaycan idmançıları ilə bağlı qeydlər də var. Qeyddə həvəskar karate karyerasını başa vurmuş beşqat dünya çempionumuz Rafael Ağayev "Şərqin Panterası" və bütün zamanların ən uğurlu karateçisi kimi adlandırılıb:

    "2010-cu il. Belqrad (Serbiya). Karate üzrə superulduz Rafael Ağayev də Belqradda 4-cü dəfə dünya çempionu titulunu qazanan zaman yarşın böyük simalarından biri oldu. “Şərqin Panterası” kumite 75 kq çəki kateqoriyasında əla performans göstərərək italiyalı Luici Buzadan üstün oldu və yaddaqalan final görüşündə onu məğlub etdi.

    2016-cı il. Lints (Avstriya). Karatenin Tokio 2020 Olimpiya Oyunlarının idman proqramına daxil edilməsi qərarından sonra ilk dünya çempionatı kimi idman tarixinə düşdü. Yarış unudulmaz çıxışlarla yadda qaldı.

    Rafael Ağayev 5-ci dünya çempionu titulunu qazanması ilə karatenin ən böyük ulduzu statusunu təsdiqlədi. Azərbaycanlı karateçi 2006, 2008 və 2010-cu illərdə qızıl medallara yiyələnmiş və sürət, bacarıq və ambisiyaların təsirli nümayişi fonunda Lintsdə də qalib gəlmişdi. “Şərqin panterası” finalda misirli Ömər Abdel Rəhmanı məğlub edəndə karate dünyası Rafael Ağayevi bütün zamanların ən uğurlu karateçisi kimi alqışladı.

    2021-ci il. Dubay (BƏƏ). Bu dünya çempionatı əvvəlki yarışların uğurunu davam etdirdi və idmanın Tokio 2020 Olimpiya Oyunlarında iştirakından sonra karatenin qlobal əhatəsini daha da genişləndirdi. Yarış COVID-19 qlobal pandemiyası fonunda keçirilsə də, turnirdə 105 ölkədən 900 idmançı iştirak etdi.

    Yarışda hazırda öz kateqoriyalarında dominantlıq edən 2 idmançı mükafatlandırıldı. Azərbaycan idmançısı İrina Zaretskaya 68 kq çəki dərəcəsində qızıl medala sahib çıxdı. O, Olimpiadada gümüş medal və Avropa çempionluğundan sonra dünya çempionu adını qazanaraq karatenin elitası arasında yerini təsdiqlədi".

    Taekvondo

    Taekvondoçularımızdan 2 qızıl medal – FOTOLAR

    6.09.2026 20:15:34
    Taekvondo

    Azərbaycanı İsveçrədə onlar təmsil edəcəklər - ADLAR

    4.09.2026 18:43:14
    Döyüş növləri

    Azərbaycan idmançısı Cənubi Koreyada qızıl medal qazandı

    4.09.2026 13:26:12
    Cüdo

    Azərbaycan idmançılarının reytinqi: Lider dəyişmədi

    1.09.2026 17:13:31
    MMA

    Fərman Həsənovun UFC-dəki növbəti rəqibi erməniəsilli idmançı olacaq

    1.09.2026 12:15:39
    Döyüş növləri

    Azərbaycan kikboksçusunda dopinq aşkarlandı

    1.09.2026 11:38:57
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Bu klub dağılmaq təhlükəsi ilə üz-üzədir

    12.09.2026 17:51:21

    “Sea Breeze 2026” turnirində yarımfinal mərhələsi başladı

    12.09.2026 17:44:22

    Hidayət Heydərov zədələndi

    12.09.2026 16:53:19

    "Gəncə" meksikalı mütəxəssislə müqavilə imzaladı

    12.09.2026 16:46:50

    Futbolda yenilik: Qara kart tətbiq olunacaq

    12.09.2026 16:31:53

    Qana millisinin üzvü milli komanda karyerasını başa vurdu

    12.09.2026 15:36:55

    "Sabah"ın Çempionlar Liqasındakı rəqibi futbolçusunu icarəyə verdi

    12.09.2026 14:45:14

    "Düzdür, qol vurdum, amma..." - "Neftçi"nin legioneri

    12.09.2026 14:08:23

    Naxçıvan klubunda yeni müqavilə

    12.09.2026 13:41:02

    "Qarabağ"ın afrikalı futbolçusu millimizdə oynamaq istəyir - VİDEO

    12.09.2026 13:10:24

    Avrokubok təmsilçilərimizin oyun proqramı açıqlandı

    12.09.2026 12:37:16

    Yığmamız Türkiyədə 2-ci oldu

    12.09.2026 12:04:53

    Azərbaycan millisi Avropa çempionatında mübarizəyə başlayır

    12.09.2026 11:43:33

    Azərbaycan çempionu Gəncə klubuna keçdi

    12.09.2026 11:12:44

    Ayxan Abbasov ölkə xaricində millimizin üzvü ilə görüşdü – FOTO

    12.09.2026 10:40:05
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved