Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Karate
    "Finaladək bilmirdim ki, bu titula yiyələnmişəm" – Rizvan Talıbov
    29.09.2023 11:13:48

    "Hazırda Kiyevdə məşqlərimi keçirəm. 24-29 oktyabrda Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatına hazırlaşırıq".

    Bunu Prosport.Az saytına açıqlamasında karate üzrə Ukrayna millisinin azərbaycanlı üzvü Rizvan Talıbov deyib.

    O bu ay İrlandiyanın paytaxtı Dublində keçirilmiş mövsümün son Premyer Liqa yarışında qalib olmaqla "Best of the Best" nominasiyasında "Qrand Viner" (Grand Winner) mükafatına yiyələnib. Baxmayaraq ki, bu yarışadək Rizvandan başqa, Seneqal əsilli Babakar Sek (İspaniya), Matteo Avantsini (İtaliya), Fatih Şən (Türkiyə) və Rob Timermans (Kurasao) "Qrand Viner" tituluna iddia edirdi. Lakin Rizvanın turnirin finalında qalib gəlməsi titulun əldə olunmasında böyük rol oynayıb:

    "Xoşbəxtəm ki, finala çıxdım. Ancaq bilmirdim ki, mən "Qrand Viner" olmuşam. Finaldan qabaq mənə bunu bildirdilər. Ancaq bunu unutmaq istəyirdim. Çünki finalda arxayınçılıq olmasını istəmirdim. "Qrand Viner" böyük tituldur. Çili idmançısı olan Rodriqo Roxasla final döyüşüm gərgin keçdi. Gah rəqibim, gah da mən üstün tərəf olduq. Hələ məndə belə bir şey olmamışdı. Bu səbəbdən qızıl medal mənə daha şirin gəldi. Həm də ardıcıl 2-ci dəfə Premyer Liqada qızıl medal qazanırdım. İyunda Yaponiyanın Fukuoka şəhərində keçirilmiş Premyer Liqa yarışında da Babakar Sek Sakonu məğlub edib çempion olmuşdum. Premyer Liqada ümumilikdə 4-cü final və 3-cü qızıl medalım idi".

    Həmçinin 2017, 2019 və 2022-ci illərdə bu titula yiyələnmiş Azərbaycanın Ukrayna əsilli karateçisi İrina Zaretskaya da 4-cü dəfə bu titulu qazana bilərdi. Baxmayaraq ki, o, İrlandiyada qızıl medal qazandı, bu onun "Qrand Viner" tituluna yiyələnmək üçün əsas rəqibi Elena Çuiritsiyə çatmasına imkan vermədi.

    Qeyd edək ki, Rizvan Talıbovdan (+84 kq) başqa, Nisiyama Kakeru (Yaponiya, kata), Hiromu Hasimoto (Yaponiya, 60 kq), Abdel Rəhman Almasatfa (İordaniya, 67 kq), Kventin Maauden (Belçika, 75 kq) və Məhəmməd Əl-Cəfəri (İordaniya, 84 kq) "Qrand Viner" olub. Qadınlarda isə Hikaru Ono (Yaponiya, kata), Yorqelis Salasar (Venesuela, 50 kq), Anjelika Terlyuqa (Ukrayna, 55 kq), Reem Xamis (Almaniya, 61 kq), Elena Çuiritsi (İsveçrə, 68 kq) və Ayumi Uekusa (Yaponiya, +68 kq) bu titula yiyələnib.

    Azərbaycan karateçilərindən bu titula cəmi 3 idmançı yiyələnib. Bunlar Rafael Ağayev (75 kq), İrina Zaretskaya (68 kq) və Əminağa Quliyevdir. Rafael Ağayev 2, İrina Zaretskaya 3, Əminağa Quliyev (60 kq) isə 1 dəfə bu titula yiyələnib. Beləliklə, Rizvan Talıbov milliyyətcə azərbaycanlı olan karateçilərdən 3-cüsü olub ki, bi titula sahib çıxıb.

    Taekvondo

    Taekvandoçularımızdan 2 qızıl medal – FOTOLAR

    6.09.2026 20:15:34
    Döyüş növləri

    Azərbaycanı İsveçrədə onlar təmsil edəcəklər - ADLAR

    4.09.2026 18:43:14
    Taekvondo

    Azərbaycan idmançısı Cənubi Koreyada qızıl medal qazandı

    4.09.2026 13:26:12
    Taekvondo

    Azərbaycan idmançılarının reytinqi: Lider dəyişmədi

    1.09.2026 17:13:31
    MMA

    Fərman Həsənovun UFC-dəki növbəti rəqibi erməniəsilli idmançı olacaq

    1.09.2026 12:15:39
    Kikboksinq

    Azərbaycan kikboksçusunda dopinq aşkarlandı

    1.09.2026 11:38:57
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Koxalskinin gedişindən hələ mənim xəbərim yoxdur" - Qurban Qurbanov

    6.09.2026 23:10:53

    Türkiyə millisi ikinci dəfə Avropa çempionu oldu

    6.09.2026 23:05:53

    “Qarabağ”a qarşı belə mübarizə aparmaq olar" - Zaur İsmayılov

    6.09.2026 22:53:44

    Premyer Liqa: "Qarabağ"dan ardıcıl 3-cü qələbə - VİDEO

    6.09.2026 22:08:54

    "Mançester Yunayted" "Sabah"la oyundan əvvəl xal itirdi

    6.09.2026 22:08:23

    "Nəticə oyuna görə olmadı" – Filipe Kandidu

    6.09.2026 20:44:53

    "Mən bu işlərə qarışmamağa çalışıram" – Qurban Berdiyev

    6.09.2026 20:41:35

    Taekvandoçularımızdan 2 qızıl medal – FOTOLAR

    6.09.2026 20:15:34

    “ALUFAR IRONMAN" yarışı başa çatdı – FOTOLAR

    6.09.2026 20:11:13

    "Turan Tovuz"dan autsayder üzərində çətin qələbə - VİDEO

    6.09.2026 20:05:59

    "Qarabağ" – "Araz-Naxçıvan": HEYƏTLƏR

    6.09.2026 19:14:00

    FIFA təsdiqlədi, o da namizəddir

    6.09.2026 18:57:04

    Təmsilçilərimiz Yaponiyada keçirilən yarışda 6-cı oldu – FOTOLAR

    6.09.2026 17:53:55

    "Turan Tovuz" – "Sumqayıt": HEYƏTLƏR

    6.09.2026 16:57:46

    Osimhen 3 həftə yaşıl meydanlardan uzaq qalacaq

    6.09.2026 16:26:23
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved