"Qarabağ" yayda heyətini gücləndirmək üçün transfer fəaliyyətinə başlayıb.
Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisi müqavilə ilə Zaqreb “Dinamo”suna məxsus, hazırda Türkiyənin “Konyaspor” klubunda çıxış edən Mahir Emrelini icarəyə götürmək üçün hərəkətə keçib.
Artıq ağdamlılar futbolçu ilə danışıqlara başlayıb və hücumçunun fikri ilə maraqlanıb. Emreli yekun qərar vermədiyini, mövsümün başa çatmasını gözlədiyini bildirib. O, "Qarabağ"a dönüşünün mümkün ola biləcəyini söyləyib.
25 yaşlı hücumçu 2021-ci ildə "Qarabağ"dan ayrılaraq Polşanın "Leqiya" klubuna keçmişdi.

