İngiltərədə “Lester”in şərəfini qoruyan Çağlar Söyüncü komandasını dəyişir.
Prosport.az saytı xəbər verir ki, müqaviləsi mövsümün sonunda bitəcək müdafiəçi Madrid “Atletiko”su ilə ilkin razılaşma imzalayıb.
“Liverpul” da 26 yaşlı futbolçunun transferində maraqlıdır. Ancaq daha cəld tərpənən “Atletiko”nun transferi bitirdiyi bildirilir.

