Azərbaycanı növbəti mövsüm yenə də avrokuboklarda təmsil edəcək "Qarabağ"ın yayda təlim-məşq toplanışının vaxtı müəyyənləşib.
Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisi iyunun 22-də Avstriyaya yollanacaq. Komandanın bu ölkədə 3 yoxlama matçı keçirməsi nəzərdə tutulub.
"Qarabağ" Avstriya toplanışından bir həftə əvvəl Bakıda bir araya gələcək.

