Azərbaycan Premyer Liqasında XXXIV turun oyunları 1 dəqiqəlik sükutla başlayacaq.
Prosport.Az xəbər verir ki, Peşəkar Futbol Liqası bununla bağlı qərar qəbul edib.
“Qarabağ”ın əvəzedici komandasının və Azərbaycanın U-21 millisinin vəfat edən oyunçusu Şirxan Həsənzadə matçlardan əvvəl bu cür yad olunacaq. I Divizionda dünən keçirilmiş oyunlar da 1 dəqiqəlik sükutla başlayıb.
Qeyd edək ki, Premyer Liqada XXXIV turun matçları 12, 13, 14 və 17 mayda olacaq.

