Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Karate
    4 karateçimiz dünya çempionatında medal qazandı – FOTOLAR
    20.09.2023 14:04:46

    Azərbaycanın uşaq, yeniyetmə və böyüklərdən ibarət karateçiləri Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan 13-cü dünya çempionatında uğurlu çıxış edib.

    Prosport.Az xəbər verir ki, Dünya Şotokan Karate Federasiyasının təşkilatçılığı ilə baş tutan yarışda Türkiyə, Özbəkistan, Qazaxıstan, Almaniya, İtaliya, İspaniya olmaqla 34 ölkədən 3500-dən çox idmançı qüvvəsini sınayıb.

    Yarışda Azərbaycan yığması və FHN-nin karate üzrə komandasının 4 üzvü – Nicat Kərimli (75 kq), Yavərbəy Abdullayev (+84 kq), Səbinə Fərzəli (59 kq) və İlqar Ələkbərov (84 kq) yüksək nəticələr əldə edib.

    Kərimli, Abdullayev və Fərzəli kumite yarışlarında 4 döyüş keçirərək bütün rəqiblərinə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

    Komandanın digər üzvü, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı, mayor İlqar Ələkbərov kişilər arasında komanda kumite yarışlarında qızıl, şəxsi kata yarışlarında isə bürünc medala sahib olub. Qaliblərə Dünya Şotokan Karate Federasiyasının medal və sertifikatları təqdim edilib.

    Nicat Kərimli, Yavərbəy Abdullayev və Səbinə Fərzəlinin şəxsi məşqçiləri 6-cı dan qara kəmər sahibi Akif Kərimov, komanda üzrə məşqçi isə karate üzrə ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi, FHN-in İdman-sağlamlıq Klubunun rəisi polkovnik Füzuli Musayevdir.

    FHN-in İdman-sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev çempionatda uğur qazanmış idmançılar ilə görüşərək qazandıqları nailiyyətlərə görə onları təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.

    Qeyd edək ki, Nicat Kərimli bu ay Ümumdünya Karate Federasiyasının təşkilatçılığı ilə Kiprin Larnaka şəhərində keçiriləcək “Karate1 Series A” turnirində çıxış edəcək.

    Karate

    Dənizkənarı ərazidə karate seminarı keçirilib – FOTOLAR

    29.08.2026 15:52:07
    Döyüş növləri

    Karateçilərimiz İstanbuldan 2 medalla qayıdır - FOTOLAR

    22.08.2026 18:50:23
    Döyüş növləri

    Gəncədə “Olimpiya Ümidləri” beynəlxalq karate turniri keçirilib – FOTOLAR

    19.07.2026 21:46:08
    Döyüş növləri

    Rafael Ağayevə ağır itki: atası dünyasını dəyişdi – FOTO

    13.07.2026 14:52:11
    Döyüş növləri

    Daha bir beynəlxalq turnir Bakıda keçiriləcək – Rafael Ağayev döyüşəcək

    7.07.2026 09:01:47
    Karate

    Azərbaycan Karate Federasiyasında yeni təyinat

    25.06.2026 19:47:31
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved