Bolqarıstanda keçirilən Avropa kubokunda "Zəngəzur" iştirakını başa vurub.
Prosport.Az xəbər verir ki, təmsilçimiz 3-cü yer uğrunda oyunda Rumıniyanın "Nova Vita" klubuna 3:4 hesabı ilə uduzub.
Belədə, komanda 4-cü yerlə kifayətlənib.
Qeyd edək ki, Azərbaycan çempionatının bürünc mükafatçısı yarımfinalda Rumıniyanın “Borussiya” klubuna 0:2 məğlub olmuşdu.
