"Turan Tovuz" klubu Azərbaycan Premyer Liqasında ilk böyükhesablı qələbəsini qazanıb.
Prosport.Az xəbər verir ki, bölgə təmsilçisi buna XXXIII turda "Neftçi"ni 4:0 hesabı ilə üstələməklə nail olub.
Tovuz klubu həm də ilk dəfə bir matçda 4 qol vurub. Bu görüşdə 3 qolla yadda qalan Runi Eva “Turan Tovuz”un tarixinə Premyer Liqada ilk het-trikin müəllifi kimi düşüb.
Hücumçu həm də Azərbaycan çempionatları tarixində 1 oyunda 3 qol vuran ilk kamerunludur. O, Afrika qitəsindən olan legionerlərin 8-ci het-trikinə imza atıb. Evayadək 6 afrikalı 7 matçda hərəyə 3 qol vurub. Əhməd Ticani 2, digərləri 1 het-trikə sevinib.
Qeyd edək ki, cari mövsümdə 2-ci dəfə bir futbolçu oyunda 3 qol vurub. Runi Evaya qədər buna Emin Mahmudov nail olub. “Neftçi”nin üzvü “Səbail”lə XV turun qarşılaşmasında 3 dəfə fərqlənib.

