“Zəngəzur” minifutbol komandası Bolqarıstanda təşkil edilən Avropa kubokunda növbəti oyununu keçirib.
Prosport.Az xəbər verir ki, Azərbaycan təmsilçisi yarımfinalda Rumıniyanın “Borussiya Sibiu” kollektivi ilə üz-üzə gəlib.
Oyun “Zəngəzur”un 0:2 hesablı məğlubiyyəti ilə bitib.
Komanda üçüncü yer uğrunda görüşə çıxacaq.