Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" Türkiyə Superliqasında XXXIII tur oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, komanda "Kayserispor"u qəbul edib. Görüş 2:2 hesabı ilə başa çatıb.
Start heyətdə meydana çıxan Mahir Emreli 56-cı dəqiqədə polşalı hücumçu Konrad Mixalakla əvəzlənib.
Bu nəticədən sonra "Konyaspor" 46 xalla (32 oyun) 7-cidir. Turnir cədvəlinə 70 xalla (30 oyun) "Qalatasaray" başçılıq edir.

