Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Karate
    "AKF gələcəkdə WKF-in üzvü ola bilər” – Ülvi Quliyev
    12.09.2023 16:29:03

    “Qanunsuz fəaliyyət göstərən federasiyalara hər zaman çağırış edirik. Ayrılıqda fəaliyyət göstərənlər barəsində intizam tədbirləri görülməlidir”.

    Prosport.Az xəbər verir ki, bunu Azərbaycan Karate Federasiyasının (AKF) prezidenti Ülvi Quliyev üzv federasiyalarla müqavilə imzalanma mərasimində deyib.

    O, üzv olmayan federasiyaların kəmər sertifikatlarının və diplomlarının tanınmayacağını vurğulayıb: “Bütün qurumlar yalnız bizimlə birləşən federasiyaların diplomlarını tanıyacaq. Digərlərinin sənədləri isə qanunauyğun sayılmayacaq”.

    Federasiya prezidenti bildirib ki, Gənclər və İdman Nazirliyi hər idman növündən bir qurumu tanıyır ki, karatedən bu, Azərbaycan Karate Federasiyasıdır: 

    “Karatenin müxtəlif növləri var. Bu gün 6 federasiya ilə müqavilə imzalanma mərasimi keçirildi. Digər federasiyalar və klublar üçün də açığıq. Sadəcə, təlimata uyğun olaraq müraciətlərə baxılıb qərar verilir. Karate ilə məşğul olan klub və federasiyaların bizə qoşulmaq imkanları var. Onların bu istəyini məhdudlaşdıra bilmərik. Amma bəzilərinin başqa maraqları var. Biz idman siyasətində fəal iştirak edirik. Burada iştirak edən federasiya idmançılarının da böyük uğurları var”.

    Ü.Quliyev əlavə edib ki, məqsəd Azərbaycanda karateni sevən gəncləri birləşdirməkdir:

    “Onlara yaxşı vərdişləri aşılamaq istəyirik. Eyni zamanda, daxildə yarışların keçirilməsi və xaricdə ölkəmizi uğurlu təmsil etmək önəmlidir. 44 günlük Vətən Müharibəsində qazi və şəhid olanlar arasında idmançılar da oldu. Ali Baş Komandanımızın çağırışı ilə onlar döyüşlərdə iştirak etdilər. İdman camiəsində olan şəxslərin vəzifəsi də gənclərə bu istiqamətdə vərdişlərə istiqamət verməkdir”.

    O, AKF-nin nəzdində fəaliyyət göstərən federasiyaların beynəlxalq qurumlarla işbirliyinə maneə törədilməyəcəyini deyib: “Federasiyaların beynəlxalq qurumlarla işbirliyini dəstəkləyirik. Onlara hər cür kömək etməyə hazırıq. Futbolda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası gedir. Buna görə də bütün futbol növləri orada birləşib. Nazirlik də karate federasiyalarını AKF-nin tərkibində tanıyır. Azərbaycan Karate Federasiyası gələcəkdə Ümumdünya Karate Federasiyasının (WKF) üzvü ola bilər. Amma yenə də struktur dəyişməyəcək. Qurumların bir federasiya ətrafında birləşməsini qadağan edən heç bir qanun yoxdur”.

    Ülvi Quliyev AKF-nin strukturunun mövcud olduğunu bildirib. Hər hansı bir məsələni federasiya prezidenti, 4 vitse-prezident, digər federasiyaların rəhbərləri və İdarə Heyətinin üzvləri birlikdə müzakirə edərək, qərar verəcək.

    Döyüş növləri

    Dənizkənarı ərazidə karate seminarı keçirilib – FOTOLAR

    29.08.2026 15:52:07
    Döyüş növləri

    Karateçilərimiz İstanbuldan 2 medalla qayıdır - FOTOLAR

    22.08.2026 18:50:23
    Karate

    Gəncədə “Olimpiya Ümidləri” beynəlxalq karate turniri keçirilib – FOTOLAR

    19.07.2026 21:46:08
    Karate

    Rafael Ağayevə ağır itki: atası dünyasını dəyişdi – FOTO

    13.07.2026 14:52:11
    Döyüş növləri

    Daha bir beynəlxalq turnir Bakıda keçiriləcək – Rafael Ağayev döyüşəcək

    7.07.2026 09:01:47
    Döyüş növləri

    Azərbaycan Karate Federasiyasında yeni təyinat

    25.06.2026 19:47:31
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Turan Tovuz" - "Fənərbağça": 1 saata 6 minə yaxın bilet satıldı

    22.09.2026 13:14:34

    Azərbaycan - Çexiya: Hakimlər bilindi

    22.09.2026 12:48:29

    "Baş məşqçi dedi ki, şans qazanmağım bu amildən asılıdır" - Timoteuş Puxaç

    22.09.2026 12:12:49

    "Neftçi" afrikalı müdafiəçini icarəyə götürdü

    22.09.2026 11:45:37

    "Çempionlar Liqasında növbəti matçı səbirsizliklə gözləyirik" - Stas Pokatilov

    22.09.2026 11:12:22

    "Azərbaycan mənim üçün Avropaya bir qədər uzaqdır" - Mateuş Koxalski

    22.09.2026 10:52:58

    Avropa çempionatı: Biri yarımfinalda, digəri 1/4 finalda

    22.09.2026 10:23:56

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved