Minifutbol üzrə Azərbaycan millisi Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirdə yarımfinala adlayıb.
Prosport.Az-ın məlumatına görə, son Avropa çempionu olan komandamız pley-off-da B qrupunun 2-cisi olmuş Fransanı 3:2 məğlub edib.
Komandamız bu gün axşam Serbiya ilə yarımfinal görüşünə çıxacaq. Həmin görüş saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Elşad Quliyevin yetirmələri A qrupunu lider kimi tamamlamış Serbiya ilə dünən qarşılaşıb və qolsuz bərabərə qalıb.

