Minifutbol üzrə “Zirə” komandası Rumıniyanın Oradea şəhərində təşkil olunan Çempionlar Liqasında finala yüksələ bilməyib.
Prosport.Az xəbər verir ki, Azərbaycan təmsilçisi yarımfinalda Monteneqronun “Sabornoq Xrama” klubuna məğlub olub. Qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Zirə” üçüncü yer uğrunda matçda son çempion AEK (Rumıniya) ilə qarşılaşacaq.
Azərbaycanın digər təmsilçisi “Birbaşa Bakı” 1/4 finalda məhz AEK-ə məğlub olaraq mübarizəni dayandırıb.