Türkiyənin "Beşiktaş" komandasının Bakıda "Sabah" klubu ilə keçirəcəyi xeyriyyə oyununun biletlərinin nə vaxt satışa çıxacağı bəlli olub.
Bu barədə Prosport.Az-a "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.
Onun sözlərinə görə, artıq mayın 5-dən etibarən biletlər satışa çıxarılacaq: "Sabahdan etibarən biletlər satışa çıxarılacaq. Biletlər ilk olaraq onlayn şəkildə – iTicket.az saytında, daha sonra kassalarda satılacaq. Biletlərin satışa çıxarılmasının günortadan sonra olacağı gözlənilir. Ən ucuz biletin qiyməti 5 manat olacaq".
Qeyd edək ki, sözügedən xeyriyyə matçı mayın 13-ü saat 20:00-da başlayacaq. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

