Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "İmişli" matçı və "Şəfa" ilə oyunun ilk hissəsində yaxşı oynamamışıq" – Azər Bağırov
    8.11.2026 20:11:51

    "Şamaxı" Azərbaycan Premyer Liqasının XI turunda səfərdə "Sabah"la 2:2 hesablı heç-heçə edib.

    Prosport.Az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Zəfər Gününüz mübarək olsun. Bu gündə başda cənab Prezident olmaqla payı olan hər kəsə təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sağlamlıq arzulayıram. "Sabah"a qarşı oynayırdıq, bilirdik ki, rəqib necə komandadır. Çempionlar Liqasında yaxşı mübarizə aparırlar. Çempionatımızın ən elit komandalarından birinə qarşı oynayırdıq. Uşaqlara tapşırmışdıq ki, döyüşsünlər. Meydanda əsl mübarizə gördük. 1 xalı qazandıq. Daha çoxu da ola bilərdi. "Sabah"a uğurlar arzulayıram.

    – Siz 2 xal itirdiniz.. Razısınız?
    – 1 xal qazandıq. "Sabah"a qarşı səfərdə oynayırdıq. İtirilən xal barəsində düşünmək istəmirəm. Futbolçulara da dedim ki, mənim üçün əsas meydançada döyüşmək idi. Uduzsaydıq da, bugünkü oyundan razı qalacaqdım.

    – Yeni komandanız üçün ilk dövrəni necə şərh edərdiniz?
    – 1 oyun və 1 hissəni çıxmaqla, 10 oyunda yaxşı oynadıq. Ən sevdiyim və xoşuma gələn bir şey var ki, öz meydanımızda müdafiəyə oturmuruq, pressinq edib, dominant oynamaq istəyirik. Müasir futbolu uşaqlara aşılayırıq. Çempionatda ən gənc komandayıq, daha çox yerlilərlə oynayırıq.

    – Hansı oyun və hansı hissədən söhbət gedir?
    – "İmişli" matçı və "Şəfa" ilə oyunun ilk hissəsi.

    – Sonlarda futbolçulara deyirdiz ki, irəlidə sıxın. Bu, futbolçularınızın fiziki gücünə inamdan irəli gəlirdi?
    – Futbol elə oyundur ki, sən qorxmamalısan. Motivasiyan futbolçularda daha çox hiss edilməlidir. "Sabah"ın futbolçularının keyfiyyətini bilirdik. 

    – Sizi narahat edən məqam var? Rotasiya üçün imkanlarınız geniş deyil...
    – Əslində, sözünüzdə həqiqət var. Çalışıram ki, həmişə eyni səviyyədə uşaqlara şans verim və bacardıqca oyun praktikası hamıda daha çox olsun. Statistikaya baxsaq, biz hücum xəttində daha çox rotasiya edirik, nəinki müdafiədə. Bu o demək deyil ki, müdafiə xəttindən çox razıyıq, çünki qollar buraxırıq. Rotasiyanı irəlidə daha çox edə bilirik, nəinki müdafiədə. Emin Rüstəmov bütün matçlarda 90 dəqiqə oynayıb, əvəzlənməyib.

    – Qışda transfer etmək üçün maliyyə imkanınız var?
    – Bu barədə düşünürük. Onu zaman göstərəcək. Klub rəhbərliyi ilə bu barədə danışığımız olub. Çalışacağıq ki, qışda 1 oyunçu ilə güclənək.

    Futbol

    "Sabah" baxımlı futbol oynamağı sevir - Hans-Diter Flik

    24.11.2026 20:05:33
    Futbol

    "Belə oyunlar bizim üçün məşq kimi ola bilər" - Frenki de Yonq

    24.11.2026 19:52:50
    Futbol

    Klubu millimizin futbolçusunu Konfrans Liqası üçün sifariş etdi

    24.11.2026 19:26:54
    Futbol

    "Meydana uğurlu nəticə üçün çıxacağıq" - "Sabah"ın futbolçusu

    24.11.2026 18:44:09
    Futbol

    "Bu, Flik üçün problem deyil, onun superulduzlardan ibarət komandası var" - Valdas Dambrauskas

    24.11.2026 18:38:43
    Futbol

    Azərbaycan təmsilçisi bu dəfə 5 qolla uduzdu

    24.11.2026 18:19:59
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah" baxımlı futbol oynamağı sevir - Hans-Diter Flik

    24.11.2026 20:05:33

    "Belə oyunlar bizim üçün məşq kimi ola bilər" - Frenki de Yonq

    24.11.2026 19:52:50

    Daha bir boksçumuz Avropa çempionu oldu

    24.11.2026 19:35:53

    Klubu millimizin futbolçusunu Konfrans Liqası üçün sifariş etdi

    24.11.2026 19:26:54

    "Meydana uğurlu nəticə üçün çıxacağıq" - "Sabah"ın futbolçusu

    24.11.2026 18:44:09

    "Bu, Flik üçün problem deyil, onun superulduzlardan ibarət komandası var" - Valdas Dambrauskas

    24.11.2026 18:38:43

    Azərbaycan təmsilçisi bu dəfə 5 qolla uduzdu

    24.11.2026 18:19:59

    Boksçumuz ardıcıl 3-cü dəfə Avropa çempionu oldu

    24.11.2026 17:57:39

    Kanadalı müdafiəçi "Sabah"la oyunu buraxacaq

    24.11.2026 17:15:17

    “Sabah” – “Barselona” oyunu ilə bağlı 5 maraqlı fakt

    24.11.2026 16:51:52

    Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya olundu

    24.11.2026 16:13:47

    "Qarabağ" sabiq futbolçusunu icarəyə götürmək istəyir

    24.11.2026 15:47:39

    "İspan jurnalistlər zəng edib Azərbaycan futbolu ilə maraqlanırlar" – "Barselona" və "Sabah"ın sabiq futbolçusu

    24.11.2026 15:19:10

    Qarabağa səfər, tarixi şəhərdə futbol günü - VİDEO

    24.11.2026 14:46:21

    "Sabah" - "Barselona" oyununa görə dəyişiklik

    24.11.2026 14:17:22
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved