Minifutbol üzrə "Zirə" komandası Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında 2-ci oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, Azərbaycan təmsilçisi Bolqarıstan "Terra Trak"ına 0:2 hesabı ilə uduzub.
"Zirə" ilk matçında Ukraynanın "Andezit" kollektivinə yenilib – 0:1.