Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Buraya məğlub olmaq üçün gəlməmişdik" - Azər Məmmədov
    6.11.2026 22:34:09

    "Kəpəz" Azərbaycan Premyer Liqasının XI turunun oyununda "Palms Sports Arena"da "Neftçi"yə 0:1 hesabı ilə məğlub olub.

    Prosport.Az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    - Xalqımızı qarşıdan gələn "Zəfər Günü" münasibətilə təbrik edirəm. Şəhidlərimizə rəhmət diləyirəm, qazilərimizə isə sağlamlıq arzulayıram. Oyuna gəldikdə, bilirdik ki, "Neftçi"yə qarşı oynayırıq, bizim əzəli rəqibimizdir. Çempionatın liderinə qarşı oynayırdıq. Futbolçular çalışdılar. Bu gün buraya məğlub olmaq üçün gəlməmişdik. Burada xal və ya xallar götürmək istəyirdik. Təəssüf ki, uduzduq. Futbolçulara hər şeyə rəğmən təşəkkür edirəm. Millimizə uğurlar arzulayıram. Milli fasilədə daha çox çalışmalıyıq. Düşünürəm ki, çempionatımıza bu futbolçular və "Kəpəz" rəng qatmağa davam edəcək.

    - Benitonun fasilədə əvəzlənməsi nə ilə əlaqədardır?

    - İlk hissəyə 4-2-3-1 sxemi ilə başlamışdıq. Gördük ki, "Neftçi"nin cinahları daha aktivdir. Düşündük ki, 2-ci hissədə sxemdə dəyişiklik edək və 4-5-1 sistemi ilə oynayaq. Taktiki əvəzetmə etdik.

    - David Domqjoninin olmaması oyuna necə təsir etdi?

    - Bəli, onun olmaması bizim üçün itki idi. Amma qeyd etmək istəyirəm ki, onun əvəzinə Ürfan Abbasov oynayırdı. İlk dəfə deyildi ki, Ürfan bu mövqedə oynayırdı. O da layiqincə işinin öhdəsindən gəldi. Ürfana da o cür oynadığı üçün təşəkkür edirəm.

    - Növbəti turda "Qarabağ"a qarşı oynayacaqsınız. Bu oyun haqda nə düşünürsünüz?

    - "Qarabağ"la oyunu komandam üçün 3 xal kimi görürəm. Düzdür, çox çətin oyun olacaq. Amma biz doğma şəhərimizdə oynayacağıq. Bu gün özünüz də gördünüz ki, azarkeşlərimiz bizi burada da tək qoymamışdılar. Razıyam ki, futbolda məğlubiyyət də var. "Qarabağ"la oyuna da qələbə üçün çıxacağıq.

    - Namik Ələskərov milliyə dəvət edildi. Onun haqda fikriniz necədir?

    - Namik nə qədər sevinirsə, mən ondan daha çox sevinirəm. 5 il idi "Kəpəz"dən heç kim milliyə dəvət edilmirdi. Bu, onun zəhmətinin bəhrəsidir. "Zirə"dən "Kəpəz"ə gəldi. Halbuki "Zirə" yuxarı yerlərə oynayır, "Kəpəz" Premyer Liqada qalmağa. Bu addım bir futbolçu üçün elə-belə addım deyil. Namikin gəlib Gəncədə çəkdiyi əziyyətin və komanda yoldaşlarının çəkdiyi əziyyətin bəhrəsidir. Ona uğurlar arzulayıram. Allah qoysa, yaxşı çıxış edər.

    -  Sizcə, gəncəli futbolçu milliyə nə vaxt dəvət ediləcək?

    - Gəncəli futbolçuların milli komandamıza dəvət edilməsi üçün Qərb zonasında akademiyada köklü dəyişikliklər lazımdır. Strategiya və struktur qurmaq lazımdır. Nə vaxta kimi həmin şey olmayacaq, çətin olacaq ki, gəncəli futbolçu millimizdə oynasın.

    Futbol

    "Qarabağ" sabiq futbolçusunu icarəyə götürmək istəyir

    24.11.2026 15:47:39
    Futbol

    "İspan jurnalistlər zəng edib Azərbaycan futbolu ilə maraqlanırlar" – "Barselona" və "Sabah"ın sabiq futbolçusu

    24.11.2026 15:19:10
    Futbol

    Qarabağa səfər, tarixi şəhərdə futbol günü - VİDEO

    24.11.2026 14:46:21
    Futbol

    "Sabah" - "Barselona" oyununa görə dəyişiklik

    24.11.2026 14:17:22
    Futbol

    "Kunde və Rafinya ilə danışmaq istərdim" - "Sabah"ın legioneri

    24.11.2026 13:50:45
    Futbol

    Mahir Emreli Polşada seçilənlər arasında

    24.11.2026 13:12:40
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya olundu

    24.11.2026 16:13:47

    "Qarabağ" sabiq futbolçusunu icarəyə götürmək istəyir

    24.11.2026 15:47:39

    "İspan jurnalistlər zəng edib Azərbaycan futbolu ilə maraqlanırlar" – "Barselona" və "Sabah"ın sabiq futbolçusu

    24.11.2026 15:19:10

    Qarabağa səfər, tarixi şəhərdə futbol günü - VİDEO

    24.11.2026 14:46:21

    "Sabah" - "Barselona" oyununa görə dəyişiklik

    24.11.2026 14:17:22

    "Kunde və Rafinya ilə danışmaq istərdim" - "Sabah"ın legioneri

    24.11.2026 13:50:45

    Mahir Emreli Polşada seçilənlər arasında

    24.11.2026 13:12:40

    "Barselona"nın prezidenti Bakıda himn oxudu - VİDEO

    24.11.2026 12:57:03

    Qara Qarayev, "Yaşıl top" və uşaqlar - FOTOLAR

    24.11.2026 12:13:43

    "Marca" "Sabah"ın heyətində 5 futbolçunu fərqləndirdi

    24.11.2026 11:46:38

    Keçmiş məşqçisindən "Sabah"ın qapıçısına "Barselona" xəbərdarlığı

    24.11.2026 11:15:05

    Azərbaycan Cüdo Federasiyası yeni filmini təqdim etdi - VİDEO

    24.11.2026 10:50:21

    "Uşaq vaxtı bunların xəyalını qururdum" - "Sabah"ın legioneri

    24.11.2026 10:24:09

    Yamalın Bakıya gətirilməməsinin əsl səbəbi bilindi

    24.11.2026 10:00:45

    De Yonq Bakıda sualları cavablandıracaq

    23.11.2026 23:41:01
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved