Azərbaycan şahmatçısı Read Səmədov Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində keçirilən rapid və blits üzrə gənclər arasında (U-20) dünya çempionatında bürünc medal qazanıb.
Prosport.Az xəbər verir ki, ölkəni yarışda Read Səmədov və Şiroğlan Talıbov təmsil edirlər.
Rapid üzrə mübarizədə 9 turda 7 xal toplayan R.Səmədov 3-cü yeri tutub. O, liderdən yarım xal geri qalıb. Talıbov isə 6,5 xalla 8-ci olub.
Ümumilikdə turnirdə 91 şahmatçı mübarizə aparır.
Bu gün və sabah blits üzrə yarışlar keçiriləcək.
