Qadın futbolçulardan ibarət Azərbaycan millisinin ilk dəfə təşkil olunacaq UEFA Millətlər Liqasının 2023/2024 mövsümündə keçirəcəyi oyunların təqvimi müəyyənləşib.
Prosport.Az xəbər verir ki, C Liqasının III qrupunda yer alan yığmamız ilk oyununu sentyabrın 22-də evdə Kiprə qarşı keçirəcək.
Siyasət Əsgərovun yetirmələri qrupda son matçlarını da dekabrda öz meydanında keçirəcəklər.
Azərbaycan yığmasının oyunlarının təqvimi:
22 sentyabr Azərbaycan – Kipr
26 sentyabr Monteneqro – Azərbaycan
27 oktyabr Farer adaları – Azərbaycan
31 oktyabr Azərbaycan – Monteneqro
1 dekabr Kipr – Azərbaycan
5 dekabr Azərbaycan – Farer adaları

