Xəbər verdiyimiz kimi, Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında Haiti yığmasına 0:4 hesabı ilə məğlub olub.
Prosport.Az xəbər verir ki, qarşılaşmanı izləyənlər arasında AFFA prezidenti Rövşən Nəcəf və baş katib Cahangir Fərəcullayev də yer alıb.
Qarşılaşma əsnasında AFFA prezidenti Rövşən Nəcəf alqışlanılası addımı ilə diqqət mərkəzinə düşüb. O, rəqibin zədəli oyunçusunun meydanı tərk etməsinə kömək edərək nümunəvi addım sərgiləyib.
