“Barselona”nın futbolçusu Xavi Espart Bakıda “Sabah”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının oyununda iştirak etməyəcək.
Prosport.Az xəbər verir ki, Kataloniya təmsilçisi 19 yaşlı cinah müdafiəçisinin zədəsinin ciddi olduğunu açıqlayıb.
“Real”a 1:2 hesabı ilə uduzduqları La Liqa matçında sıradan çıxan oyunçu təxminən 7 həftə yaşıl meydandalardan kənarda qalacaq. O, sağ topuğundan xəsarət alıb.
Liqa mərhələsinin “Sabah” – “Barselona” oyunu noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək.
