Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    "Çempion olacağımı telefonumda qeyd etmişdim" - Sənan Süleymanov
    25.10.2026 22:37:56

    Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov illərdir arzuladığı məqsədinə çatmağın sevincini yaşadığını bildirib.

    Prosport.Az xəbər verir ki, 77 kq çəki dərəcəsində dünya çempionu olan idmançı final görüşündən sonra jurnalistlərə açıqlamasında bu uğurun uzun illərin zəhməti hesabına qazanıldığını vurğulayıb.

    “Dünya çempionluğu çoxdankı arzum idi. İndi yaşadığım hissləri sözlə ifadə etmək çətindir. Hədsiz sevincliyəm. Çünki bu qələbənin arxasında illərlə çəkdiyim, çoxlarının görmədiyi böyük zəhmət dayanır”, - deyə Süleymanov bildirib.

    Güləşçi karyerası ərzində qarşılaşdığı məğlubiyyətlərin onu hədəflərindən uzaqlaşdırmadığını söyləyib. O, hətta yaxşı fiziki formada olduğu yarışlarda da uğursuz nəticələrlə üzləşdiyini xatırladıb.

    “Dəfələrlə yarışlara yaxşı hazırlaşaraq getmişəm, amma məğlub olmuşam. Buna baxmayaraq, heç vaxt ruhdan düşməmişəm. İlk arzum Avropa çempionluğu idi və bunu bacardım. Sonra dünya çempionluğunu qarşıma məqsəd qoydum. Bu yolda da çox çətinlik yaşadım. Şükür Allaha, nəhayət, istəyimə çatdım”, - deyə idmançı əlavə edib.

    Süleymanov dünya çempionu olacağına hələ bir ay əvvəl inandığını da açıqlayıb. Onun sözlərinə görə, bu inamını telefonunda yazdığı qeydlə də ifadə edib.

    “Bir ay əvvəl telefonumda qeyd etmişdim ki, oktyabrın 25-də dünya çempionu olacağam. Daxilimdə buna böyük inam var idi. Bu gün yazdığım gerçəyə çevrildi”, - deyə güləşçi vurğulayıb.

    Qazandığı qızıl medalı həyatının ən dəyərli hədiyyələrindən biri hesab edən Süleymanov artıq növbəti böyük məqsədini də müəyyənləşdirib.

    “Qarşıda mənim üçün bir əsas hədəf qalıb - Olimpiya çempionu olmaq. İnanıram ki, buna da nail olacağam”, - deyə o bildirib.

    Xatırladaq ki, Sənan Süleymanov dünya çempionatının 77 kq çəki dərəcəsində keçirilən final görüşündə Moldova təmsilçisi Aleksandrin Qutunu 8:3 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.

    Güləş

    "Onların yaşı qədər təcrübəm var" - Eldəniz Əzizli

    26.10.2026 00:00:47
    Güləş

    "Çempion olacağımı telefonumda qeyd etmişdim" - Sənan Süleymanov

    25.10.2026 22:37:56
    Güləş

    Astanada 2-ci qızıl medal: Sənan Süleymanov da dünya çempionu oldu

    25.10.2026 19:28:51
    Güləş

    Tarixi uğur: Eldəniz Əzizli beşqat dünya çempionu oldu

    25.10.2026 18:25:15
    Güləş

    Dünya çempionatında zədələnən güləşçimiz mübarizəni vaxtından əvvəl dayandırdı

    25.10.2026 14:28:56
    Güləş

    Azərbaycanın 2 güləşçisi dünya çempionatının finalında - YENİLƏNDİ

    24.10.2026 20:15:06
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Onların yaşı qədər təcrübəm var" - Eldəniz Əzizli

    26.10.2026 00:00:47

    Toral oynadı, “Bursaspor” liderliyə yüksəldi

    25.10.2026 23:52:48

    "Çempion olacağımı telefonumda qeyd etmişdim" - Sənan Süleymanov

    25.10.2026 22:37:56

    Gənc cüdoçularımız Düşənbə Qran-prisini 5 medalla bitirdilər

    25.10.2026 22:33:32

    "Sıx qrafikində oynamaq asan olmur" - Ərhan Tokər

    25.10.2026 22:11:21

    "Bu mövsüm çempion olacağımıza inanıram" - Kadi

    25.10.2026 22:05:51

    ACF Kubokunun ilk qalibləri onlar oldu

    25.10.2026 22:01:13

    "LANDAU Layns" qələbə qazandı

    25.10.2026 21:52:53

    "Masazıra avtobusda gedərkən uşaqlarda ürəkbulanması da olurdu" - Valdas Dambrauskas

    25.10.2026 20:55:34

    Dünya çempionatı: Futbol millimiz 3-cü oyunda uduzdu

    25.10.2026 20:39:50

    "Son nöqtəyə kimi oynamağa çalışdıq" - Qurban Qurbanov

    25.10.2026 20:35:47

    Premyer Liqa: "Sabah" - "Qarabağ" oyunu qolsuz başa çatdı - VİDEO

    25.10.2026 19:55:57

    "Qələbə qazandığımız üçün şadam" - "Neftçi"nin baş məşqçisi

    25.10.2026 19:33:31

    Astanada 2-ci qızıl medal: Sənan Süleymanov da dünya çempionu oldu

    25.10.2026 19:28:51

    "İstədiyimiz rotasiyaları edə bilmədik" - Rizvan Səfərov

    25.10.2026 19:25:09
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved