Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Rakuv" komandasının yeni baş məşqçisi açıqlanıb.
Prosport.Az xəbər verir ki, David Szvarqa ilə anlaşma əldə olunub. Onun klubla müqaviləsinin müddəti 2027/2028 mövsümünün sonunadək nəzərdə tutulub.
36 yaşlı mütəxəssis bu postda Tomaş Kaçmareki əvəzləyib.
Xatırladaq ki, "Rakuv" Polşa çempionatında 6 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb.
