Azərbaycan millisinin hücumçusu Renat Dadaşov zədə səbəbindən Ukraynanın “Bukovina” klubunun bir neçə matçında iştirak edə bilməyəcək.
Prosport.Az xəbər verir ki, 27 yaşlı futbolçu Ukrayna Premyer Liqasının VIII turunda “Polessye” ilə qarşılaşmada zədələnib. Oyundan sonra aparılan maqnit-rezonans tomoqrafiyasının nəticələrinə əsasən, Dadaşovda düz əzələnin yuxarı 1/3 hissəsindəki zədənin təkrarlanma əlamətləri aşkarlanıb. Onun müalicəsi konservativ üsulla davam etdiriləcək.
Qeyd edək ki, hücumçu ilkin zədəsini Azərbaycan millisinin düşərgəsində - Millətlər Liqasında Litva yığmasına qarşı oyununda alıb.
Klub rəhbərliyi və tibbi heyətlə razılaşdırılmış qərara əsasən, Renat Dadaşov reabilitasiya prosesini Bakıda - Azərbaycan millisinin təlim-məşq bazasında keçəcək.
Futbolçu hazırda davam edən "Qarabağ" - "Neftçi" matçını (1:2) tribunadan canlı izləyir.
