Azərbaycan karate millisinin üzvü İrina Zaretska Avstriyanın Zalsburq şəhərində keçirilən Karate 1 - A Seriyası turnirində qızıl medal qazanıb.
Prosport.Az xəbər verir ki, 68 kq çəki dərəcəsində çıxış edən idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Azərbaycan turnirdə 11 karataçi (6 kişi, 5 qadın) ilə təmsil olunub. Onlardan yalnız İrina Zaretska medal əldə edib.
