UEFA Millətlər Liqasının qrup mərhələsində III turun oyunları keçirilir.
Prosport.Az xəbər verir ki, C Liqasında yarışan Monteneqro millisi səfərdə Latviyanın qonağı olub.
Matç Monteneqronun qələbəsi ilə başa çatıb – 2:1.
Monteneqro yığmasına dəvət alan “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç də bu görüşün iştirakçısı olub. Meydana start heyətində çıxan Yankoviç 61-ci dəqiqədə əvəzlənib.
Ardıcıl 3-cü qələbəsini qazanan Monteneqro millisi 9 xalla qrupun vahid lideridir.
