Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Bratislavada medal yağışı
    28.09.2026 23:45:04

    25–28 sentyabr tarixlərində Slovakiyanın paytaxtı Bratislava şəhərində batut və ikili mini-batut gimnastikası üzrə “Slovak Trampoline Open Cup” beynəlxalq turniri keçirilib.

    Prosport.Az xəbər verir ki, turnirdə ölkəmizi 13–16 yaş kateqoriyasında Melisa İsmixanova, 17 yaş və yuxarı yaş kateqoriyasında isə Vəfa Əlisultanova, İbrahim Mustafazadə, Əli Niftəliyev, Fərhad Vəliyev və Çingiz Vəliyev təmsil ediblər.

    13–16 yaş kateqoriyasında Melisa İsmixanova batut gimnastikasının fərdi proqramında mübarizə aparıb. 17 yaş və yuxarı yaş kateqoriyasında Vəfa Əlisultanova batut gimnastikasının fərdi proqramında və ikili mini-batutda, İbrahim Mustafazadə fərdi və sinxron proqramlarda, Əli Niftəliyev fərdi proqramda, Fərhad Vəliyev fərdi və sinxron proqramlarda, həmçinin ikili mini-batutda, Çingiz Vəliyev isə ikili mini-batut proqramında ölkəmizi təmsil ediblər.

    Təmsilçilərimiz turnirdə uğurlu çıxış edərək müxtəlif proqramlarda ümumilikdə 7 medal qazanıblar.

    Batut gimnastikasının sinxron proqramında Əli Niftəliyev və İbrahim Mustafazadə 39.600 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb və qızıl medalın sahibi olublar.

    Fərdi proqramda İbrahim Mustafazadə 51.710 xalla, Fərhad Vəliyev isə 51.800 xalla öz kateqoriyalarında ikinci yeri tutaraq gümüş medal qazanıblar. Əli Niftəliyev 51.499 xal nəticə ilə üçüncü pillədə qərarlaşaraq bürünc medala sahib olub.

    İkili mini-batut proqramında Çingiz Vəliyev 49.300 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Vəfa Əlisultanova da ikili mini-batut proqramında uğurla çıxış edib. Gimnastımız 44.000 xal toplayaraq birinci yerə layiq görülüb və qızıl medalın sahibi olub.

    Fərhad Vəliyev isə 46.000 xal nəticə ilə üçüncü yeri tutaraq bürünc medal qazanıb.

    Beləliklə, Azərbaycan gimnastları “Slovak Trampoline Open Cup” beynəlxalq turnirini 3 qızıl, 2 gümüş və 2 bürünc olmaqla ümumilikdə 7 medalla başa vurublar.

    Digər idman növləri

    Bratislavada medal yağışı

    28.09.2026 23:45:04
    Digər idman növləri

    Su İdmanı Federasiyası Füzuli sakinləri ilə görüş keçirdi - FOTOLAR

    28.09.2026 22:06:42
    Digər idman növləri

    Mingəçevir Reqatasının püşkü atıldı - FOTOLAR

    28.09.2026 19:40:16
    Digər idman növləri

    Mahir Məmmədov yeni seçilən prezidentlə görüşdü

    28.09.2026 12:43:10
    Digər idman növləri

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54
    Digər idman növləri

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Bratislavada medal yağışı

    28.09.2026 23:45:04

    Millimiz baş məşqçisi jurnalistlərin önünə çıxacaq

    28.09.2026 23:14:12

    II Liqada 4 oyunda 22 qol

    28.09.2026 22:37:47

    Su İdmanı Federasiyası Füzuli sakinləri ilə görüş keçirdi - FOTOLAR

    28.09.2026 22:06:42

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59

    Boksçularımız Çində 10 medal qazandı

    28.09.2026 20:15:54

    Mingəçevir Reqatasının püşkü atıldı - FOTOLAR

    28.09.2026 19:40:16

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08

    "Sumqayıt" ucaboy hücumçu transfer etdi

    28.09.2026 18:11:49

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11

    Cüdo yığmamız Sarayevodakı turniri 5 medalla tamamladı

    28.09.2026 17:19:23

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved