Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını bu gün keçirəcəklər.
Prosport.Az xəbər verir ki, kişilərdən ibarət komanda IX turda Ermənitanla üz-üzə gələcək.
Qadınlar isə Çexiyadan olan rəqibləri ilə qarşılaşacaqlar.
8 turdan sonra kişilərdən ibarət kollektiv 13 xalla 5-ci, qadınlardan ibarət yığma isə 11 xalla 21-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.
