Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər.
Prosport.Az xəbər verir ki, kişilərdən ibarət komanda VIII turda Hindistanla heç-heçə edib - 2:2.
Qadınlar isə Argentinadan olan rəqibləri ilə sülhə razılaşıblar.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən Ümumdünya Şahmat Olimpiadası 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.
